Dövlət əmlaklarının 12 milyondan çox borcları silinəcək

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əmlaklarının 12 milyondan çox borcları silinəcək

Sosial

15 Aprel 2019 17:29 615


Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən "Yeni Sabah"a verilən məlumata görə, müşavirədə bildirilib ki, bu il əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur.

Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. pizza sifarişi

Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!