Dövlət İmtahan Mərkəzi işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət İmtahan Mərkəzi işçi axtarır

Sosial

15 Aprel 2019 16:14 1806


Dövlət İmtahan Mərkəzində (DİM) Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.

Bu barədə "Yeni Sabah"a DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər 2019-cu il aprelin 28-dək müraciət formasını   a.quliyeva@dim.gov.az  ünvanına göndərə bilərlər. Mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin göstərilməsi tövsiyə olunur. pizza sifarişi

Hər bir vəzifə üzrə əmək haqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.

Qeyd: Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!