Dövlət Komitəsi 17 yaşlı gəlinin ölümünə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsi 17 yaşlı gəlinin ölümünə münasibət bildirdi

Hadisə

29 Oktyabr 2025 16:18 262


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Astara rayon Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanovanın toy günü ölməsinə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, məsələ ətraflı şəkildə araşdırılır:

“Astarada baş vermiş erkən nikah və nəticədə azyaşlı qızın ölməsi faktı hər birimizi dərindən sarsıtdı. Bu hadisə bir daha göstərir ki, erkən evlilik insan həyatı üçün ölümcül nəticələr də doğura bilir. Hazırda məsələ aidiyyəti qurumlarla birlikdə ətraflı şəkildə araşdırılır. pizza sifarişi

Bir daha valideynlərə səslənirik: övladlarınızın sağlamlığı və həyatını riskə atmayın, onları erkən evliliyə cəlb etmək əvəzinə təhsil verin, gələcəklərini qurmaqlarına yardımçı olun”.

Qeyd edək ki, hadisə oktyabrın 28-də baş verib. 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın toyu zamanı halı pisləşib. O, Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!