Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi

Hadisə

24 Oktyabr 2025 09:22 4573


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

N.Qurbanovun səhhətində heç bir problem olmayıb. Bir necə gün əvvəl 65 yaşını qeyd edibmiş. Aparat rəhbəri qəfil dünyasını dəyişib.  pizza sifarişi

Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 1960-ci il oktyabrın 20-də Bakıda anadan olub. 

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, həmin qurumun təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir və məsləhətçi işləyib. Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri və həmin Dövlət Komitəsinin Aparatının rəhbəri vəzifəsində çalışıb. N.Qurbamov dövlət qulluğunun baş müşaviri idi. 

N.Qurbanov görkəmli yazıçı və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru olmuş Əhmədağa Muğanlının oğlu, politoloq Araz Qurbanovun qardaşıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!