"Aprelin 1-də 15 milyard 637 milyon manat təşkil edən cəmi kredit qoyuluşlarının 8,9%-nin ödəmə vaxtı keçib. Martın əvvəlində isə nisbət 8,3% idi. Mərkəzi Bank və hökumət heç vaxt önləyici və effektiv addımlar ata bilmir”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, MB son qərarı ilə banklara tövsiyə edib ki, bütün kreditlər üzrə sentyabra qədər gecikmələr olsa, gecikməyə görə müştərilərinə dəbbə pulu, cərimə hesablamasınlar: “Tövsiyyə məsələsini anladım, çünki formal olaraq bu barədə Mərkəzi Bankın özəl banklara əmr vermək ixtiyarı yoxdur. Məsələ isə başqadır, həm əhali, həm biznes indi ağır durumdadır, zatən kredit ödəmələrini gecikdirəcəklər. Sentyabra qədər ödəmələr ciddi axsayacaq, payızda MB və hökumət görəcək ki, problemli kreditlər 8,9%-dən artıb olub 15%, o zaman isə gec atılacaq addım daha baha olacaq".
Natiq Cəfərli vəziyyətdən çıxış yolundan da danışıb: “Biz bir aydı nə təklif edirik ki, mart-sentyabr ayları ərzində bütün növ kreditlər üzrə faiz hesablanması dondurulsun, yəni hesablanmasın. Buna görə banklar zərər edəcək, zərəri qarşılamaq üçün hökumət qərar verir, banklar 6 aylıq bütün növ vergilərdən azad edilir. Bu da yetərli olmayacaq, ona görə də MB kommersiya banklarına 1 illik - ilk 6 ayı 0 faiz, növbəti 6 ay isə 2-3%-lə, manatla kredit versin. Banklar bu modelə razı olacaq, hətta daha çox qazanacaq, həm də bankların maliyyə dayanıqlığı artacaq. Nəticədə hökumət heç nə itirməyəcək (bir tək bankların ödəyəcəyi vergilərdən başqa,o da ciddi itki deyil). Amma indi gözləmə mövqeyi tutan MB və hökumət payızda yüz milyonlarla manat xərcləyib problemli kredit məsələsinin həllini taplamağa, bankları xilas etməyə çalışacaq". pizza
Telegram kanalımız