Dövlət Miqrasiya Xidməti təkzib etdi:   “Söhbət milyonlardan getmir...“

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Miqrasiya Xidməti təkzib etdi: “Söhbət milyonlardan getmir...“

Maraqlı

24 May 2021 13:54 1528


"Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilmişdir".

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı açıqlamada bildirilir. Qeyd olunur ki, bununla yanaşı, saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. 

Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!