Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək

Sosial

05 Aprel 2019 20:52 1146


Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 10-da saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. Dominos pizza

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat aprelin 10-u saat 9:00-da başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!