Dövlət qurumu 8 nəfərin ölüm məsuliyyətini sürücüdə gördü – Qanunsuz imiş

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu 8 nəfərin ölüm məsuliyyətini sürücüdə gördü – Qanunsuz imiş

Kriminal

09 İyul 2019 13:55 2001


Xəbər verdiyimiz kimi, bu gün Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, dəfələrlə sərnişinlərə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, sərnişinlər təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər. 

“Nəticədə ən ağır yekun dünyasını dəyişən sərnişinlərimizdən 3-nün uşaq olmasıdır. Dəfələrlə qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirdiyimiz monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlərin bu cür işbazları müdafiə edərək, əslində daşınan sərnişinlərin qohum olduqlarını iddia etmələri təbii ki, nəticədə arzuolunmaz bu cür hallarla müşayət olunur.  Pepperoni pizza

Əziz sərnişinlər, respublikanın sərnişin axını sıx müşayət edilən bütün avtovağzallarından xüsusilə mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün siz heç bir problem olmadan qanuni daşımalarla səfərinizi daha təhlükəsiz başa vura bilərsiniz. 

Təbii ki, qəza hər iki daşıma növü üçün mümkündür. Aşağıdakı fotodan da gördüyünüz kimi sərnişindaşıma üçün standartlara cavab verməyən bu mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır. Odur ki, riskləri nəzərə alaraq, övladlarınızı düşünərək ehtiyatlı olmaqda fayda var!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!