“Xırdalanda yollarla bağlı bizə də şikayətlər olub. İşlər görülür. Layihəmiz davam edir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Azərsu”nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı deyib.Onun sözlərinə görə, yolların bir çoxuna asfalt çəkilib:
“Planımız var ki, havalar yaxşı olan kimi İcra hakimiyyəti ilə birlikdə işləyib yolların hamısını həll edək. Xırdalanda layihəmiz bu il başa çatacaq. İlin sonuna kimi bütün asfaltlama işlərini həyata keçirəcəyik. Ona da artıq başlamışıq, davam edəcək”. Pepperoni pizza
Qeyd edək ki, Xırdalanda uzun müddətdir yolların qazılması və təmir işlərinin yekunlaşdırılmaması sakinlərin ciddi narazılığına səbəb olub. Bildirilib ki, 2 ildir kanalizasiya-su sistemini yeniləmək adı ilə yolları dağıdıblar.
Əsmər Qabil
Telegram kanalımız