Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları dövlətə inamı möhkəmləndirir - Video

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları dövlətə inamı möhkəmləndirir - Video

Hadisə

04 May 2020 22:46 1025


Son altı ayda korrupsiya və rüşvətxorluq üstündə 4 icra başçısının həbs edilməsi dövlətin belə hallarla mübarizədə qətiyyətli olduğunu göstərir.

Dövlətin imicini xalqına xəyanət edən məmur yox, belə hallarla mübarizə aparan siyasi iradə və bu iradəni icra edən dövlət qurumları formalaşdırır.

Doğrudur, məmur dövlətin simasıdır. Onun yaxşı və pis əməli birbaşa dövlətin ayağına yazılır. İşini vicdanla və məsuliyyətlə yerinə yetirən dövlət məmuru, əslində, öz vəzifə borcunu yerinə yetirir. Amma çox təəssüf ki, bəziləri nəinki xalqa xidmət etmir, əksinə, ona qənim kəsilir. Aztəminatlı ailələrə dövlət tərəfindən edilən yardıma göz tikməyin, ödənişli ictimai işlərə cəlb olunan insanların maaşını mənimsəməyin başqa adı yoxdur. Amma burada həmin korrupsiya və rüşvətxorluq əməllərindən daha təhlükəli olan bir məsələ var- vətəndaşın öz dövlətinə olan etimadının zədələnməsi... pizza hut

Ucqar dağ kəndində yaşayan aztəminatlı bir ailə dövlətin ona tanıdığı haqlarından hansısa bir harınlamış məmurun ucbatından yararlana bilmirsə, bunun səbəbi onu çox vaxt maraqlandırmır. Sadəcə nəticəyə baxıb küsür, inciyir və narazı qalır. Yəni həmin məmurların əməlləri vətəndaşın öz dövlətinə, cəmiyyətinə və hökumətinə inamsızlıq təlqin edir. Bu isə birbaşa dövlətçiliyi təhdid edən təhlükədir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar və bunun şəffaf şəkildə ictimailəşdiriləməsi məhz bu etimadın sınmaması üçün vacibdir.

Əslində, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizədəki iradəsinin və qətiyyətinin təzahürüdür. Dövlət başçısı demək olar ki, hər çıxışında bu məsələdə nə qədər prinsipial olduğunu nümayiş etdirərək məmurlara xəbərdarlıq edir.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!