Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi

Mədəniyyət

14 May 2025 11:28 867


Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.  

Yenisabah.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib.

Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı” na daxil edilib. pizza mizza

O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. 

Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012–2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!