Döyülən şagirdlə bağlı məktəbdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Döyülən şagirdlə bağlı məktəbdən açıqlama

Sosial

12 Aprel 2019 18:00 1299


Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib. 

Məktəbdən "Yeni Sabah"a verilən məlumata görə, aprelin 12-si təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşib yıxıldığı üçün başı yerə dəyib.

Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. pizza sifarişi

Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!