Döyüş yoldaşı Şahin Tağıyevin son günlərindən danışdı:   “Haqsızlıq etmək olmaz”

saytların hazırlanması

Evə çatdırılma

Döyüş yoldaşı Şahin Tağıyevin son günlərindən danışdı: “Haqsızlıq etmək olmaz”

Siyasət

16 Yanvar 2026 11:58 562


“Şahinin qocalar evində ölməsi barədə deyilənlər doğru deyil. Allahsız danışmaq olmaz! Övladları Nigar və Rövşən ona baxıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Qəhrəman Şahin Tağıyevin döyüş yoldaşı Ələsgər Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti də Ş.Tağıyevə hər zaman dəstək olub: Sezar pizza

“Əgər bir insan bir özəl xəstəxanaya pul ödəməsə, onu orada saxlamazlar. Şahinin övladları bütün xərcləri ödəyiblər. Daha sonra dövlət xəbər tutandan sonra bütün xərcləri öz üzərinə götürüb, onu bura gətirib və burada dəfn ediblər.

Yalan məlumatlar yazmaq olmaz! Onun bütün xərclərini Azərbaycan dövləti ödəyib. Kimsə deyə bilməz ki, onu qocalar evinə apardılar. Bu, böyük bir haqsızlıqdır. Qocalar evində ölməsi barədə yazmaq ayıbdır. Dövlətin verdiyi adı alçaltmaq olmaz, bu hamımıza təhqirdir, Azərbaycanın Milli Qəhrəmanı qocalar evində qala bilməz.

O, reabilitasiya mərkəzində olub. Şahin bir neçə ay orada müalicə olunub”.

Xatırladaq ki, Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, 2025-ci il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Milli Qəhərmanın cənazəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib. Mərhum yanvarın 16-da Bakıda Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!