“Drakon“ cərimə olundu: Direktordan üzr istəyəcək   - Qərar

saytların hazırlanması

Evə çatdırılma

“Drakon“ cərimə olundu: Direktordan üzr istəyəcək - Qərar

Kriminal

13 Oktyabr 2019 12:46 861


Bu ilin əvvəlində "Drakon" ləqəbli aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında davalı qalmaqalla bağlı məhkəmə işlərindən biri yekunlaşıb.

"Yeni Sabah" "Modern.az"a istinadən xəbər verir ki, R.Rzayevin "Facebook" sosial şəbəkəsində direktor haqda yazdığı statuslarda ona böhtan atması və təhqir etməsi iddiası üzrə qərar verilib. Aktyor həmin statuslarda direktora "Fetöçü" deyərək sonra təhqir edib.

Məhkəmə qərar verib ki, bunlara görə, "Drakon" məktəb direktorundan üzr istəməli, onun haqqında yazdıqları barədə təkzib verməli və 500 manat cərimə olunmalıdır. Bu işə üçüncü tərəf kimi cəlb olunan xəbər saytları isə təkzibi dərc etməlidirlər. pizza sifarişi

Aktyor bu qərardan apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi bunu qüvvədə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!