DSMF-nin gəlir və xərclərinin azaldılması ilə bağlı qanun qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin gəlir və xərclərinin azaldılması ilə bağlı qanun qüvvəyə mindi

Sosial

12 Avqust 2020 19:28 701


Azərbaycan Prezidenti İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, dəyişikliyə əsasən, 2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılıb.

Belə ki, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib. Dördpendirli pizza

İndiyə qədər isə DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!