DSX və polisdən narkotik əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

DSX və polisdən narkotik əməliyyatı

Kriminal

16 İyul 2019 08:42 1019


Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.

“Yeni Sabah” bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  məlumat verilib.

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!