DSX-yə aid hərbi hissənin yanında maşın yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

DSX-yə aid hərbi hissənin yanında maşın yandı - Video

Hadisə

27 Yanvar 2024 18:20 586


Yanvar ayının 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Aslan Emin oğlu Bərədova məxsus “Pejo” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Baş vermiş yanğın hadisəsi Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib. pizza

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ilə birlikdə görülmüş tədbirlər nəticəsində avtomobil qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alma halı qeydə alınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!