DTX-də yenilənmə: Nələr baş verir?

saytların hazırlanması

Evə çatdırılma

DTX-də yenilənmə: Nələr baş verir?

Siyasət

30 Noyabr 2023 21:57 18128


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

Yenisabah.az xəbər verirki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin aparıcı orqanlarından biridir:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahə də böyük inkişaf yolu keçib. Əsasən 44 günlük Vətən müharibəsi və ondan əvvəlki dövrdə bu xidmət özünün tam peşəkarlığı ilə fərqlənib. pizza mizza

DTX-nin yeni istifadəyə verilmiş inzibati binalarının açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi zamanı burada nümayiş olunan texniki avadanlıqlar, xüsusi əməliyyatların idarə olunması, müşahidə edilməsi üçün yaradılan otaqlar onu göstərir ki, bu xidmət müasir dövrlə ayaqlaşır və yeni çağırışlara layiqincə cavab verir.

Müharibə dövründə də sözügedən orqanın necə saat dəqiqliyi ilə çalışdığının şahidi olduq. Separatçıların ifşa olunması, onların tutularaq Bakıya gətirilməsi, bölgədə aparılan məxfi işlər DTX-nin peşəkarlığına dəlalət edir.

Həmin orqan dövlətimizin qarşısında duran problemlər, gələcək inkişafımız, eləcə də müasir dövrdə terror və təhdidlərin baş alıb getdiyi vaxtda ölkəmizin təhlükəsizliyi üçün fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Terlan
    DTX.TEHLUKEZLİK.xidmeti.Daymi.isnin.pesakardi.islerivze.uxurlar.
    2 years ago
  • Telman
    DTX Müharibə dövründə Saat kimi işləməsi gözlənilirdi heqiqətən peşakarlıq gösdərdi
    2 years ago
  • Telman
    DTX Müharibə dövründə Saat kimi işləməsi gözlənilirdi heqiqətən peşakarlıq gösdərdi
    2 years ago
  • Telman
    DTX Müharibə dövründə Saat kimi işləməsi gözlənilirdi heqiqətən peşakarlıq gösdərdi
    2 years ago