DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət etdi

Kriminal

12 Avqust 2024 11:33 1146


Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.

Onun müraciətinə müraciətinə yaxın günlərdə Xəzər rayon Məhkəməsində baxılacaq. Dominos pizza

Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya salınıb.

Telman Zahidovun 1 il çəkilməmiş cəzası qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!