DTX-nın polkovniki həbs edilib

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın polkovniki həbs edilib

Kriminal

20 İyul 2019 17:20 5003


Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib. 

“Yeni Sabah” xəbər verir ki, Criminal.az saytının əldə etdiyi məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.

Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır. Dominos pizza

Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.

Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.

DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!