DTX tədbir keçirdi

saytların hazırlanması

Evə çatdırılma

DTX tədbir keçirdi

Sosial

21 Fevral 2019 22:59 1296


Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və xarici qonaqlar iştirak ediblər. Marqarita pizza

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi, Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Zəngin döyüş təcrübəsi toplamış Əfqanıstan müharibəsi iştirakçıları 1988-ci ildən 1994-cü ilədək Qarabağ müharibəsində Azərbaycan Respublikasının azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak ediblər. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlığa və şücaətə görə Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına, 36 nəfəri “Azərbaycan bayrağı” ordeninə, müxtəlif dövlət təltiflərinə və medallara, həmçinin bir neçə hərbi qulluqçu general ali rütbəsinə layiq görülüb. 

Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!