“Düdelanj”ın futbolçusundan maraqlı açıqlamalar: “Qarabağ”a uduzmaqdansa...”

saytların hazırlanması

Evə çatdırılma

“Düdelanj”ın futbolçusundan maraqlı açıqlamalar: “Qarabağ”a uduzmaqdansa...”

İdman

03 Sentyabr 2019 09:11 1390


“Futbol hər zaman gülməli hekayələr “yazır”. Şükürlər olsun, builki rəqibimiz “Betis” deyil. Komanda yenidən qurulub, hazırda keçən ilki heyətdən cəmi 6-7 futbolçu var. Onlar istedadlı uşaqlardır, amma tam komandanın tam formalaşması üçün 1-2 il lazımdır. Hazırda keyfiyyət əvvəlki ilə eyni deyil. Biz heç bir-iki həftə əvvəl gözləməzdik ki, yenidən Avropa Liqasında oynayacağıq. Lakin seçmə mərhələdəki rəqibləri görəndə qrup mümkün göründü”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Lüksemburqun “Düdelanj” klubunun üzvü Dominik Stolz ölkə mətbuatına müsahibəsində deyib. Futbolçu rəqiblərin onlar üçün asan olmadığını və autsayder ola biləcəklərini söyləyib:

 “Sevilya” əla komandadır, onlarla oynamaq təcrübə baxımından əlverişlidir. Lakin qrupdakı digər iki rəqib fərqli olsaydı, daha yaxşı olardı. 2016-cı ildə “Qarabağ”a, 2017-ci ildə isə APOEL-ə qarşı oynadıq. Hər ikisinə uduzduq və mübarizdən kənarda qaldıq. Buna görə də düşünürəm ki, başqa rəqiblər olsaydı, daha yaxşı olardı. Hər kəs bizim bu qrupdan sağ çıxacağıımızı düşünür, amma məncə bu bir az şişirdilib. APOEL “Ayaks”la oyunda yaxşı mübarizə göstərdi, “Qarabağ”ın da gözəl oyunu və gözlənilməz zərbələri var. Biz bunu görmüşük, lakin çoxları bilmir”.  pizza sifarişi

Almaniyalı yarımmüdafiəçi “Mançester Yunayted” kimi böyük rəqiblərlə qarşılaşmağı xəyal etdiyini və belə klublarla görüşdəki nəticələrin önəmli olmadığını vurğulayıb:

“Bir alman klubuna qarşı oynamağı çox istərdim. Məsələn, bu “Ayntraxt” ola bilərdi. Xəyallarıma gəlincə isə “Barselona” və “Mançester Yunayted” lə də oynamaq xoş olardı. “Qarabağ” və APOEL-ə qarşı oynayıb 2:0 uduzmaqdansa,  “Mançester Yunayted”lə oynayıb 4-5 qol buraxmaq yaxşı olardı. Ən azından həyatımda bir dəfə də olsun, “Arzular Teatrı”nda oynayardım”.

 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!