Dünən ad gününü qeyd edən rabitəçi bu gün faciəli şəkildə həyatını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Dünən ad gününü qeyd edən rabitəçi bu gün faciəli şəkildə həyatını itirdi

Hadisə

31 İyul 2025 23:04 493


Lerik rayonunda bədbəxt hadisə baş verib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəngəmiran kəndində qeydə alınıb.

Belə ki, "Aztelekom"un Lerik rayon şöbəsində elektrik ustası vəzifəsində çalışan, 1972-ci il təvəllüdlü rayon sakini Sərdar Həmidov Cəngəmiran kəndində təmir-bərpa işləri aparan zaman elektrik dirəyində cərəyan vurması nəticəsində həyatını itirib. Marqarita pizza

Sərdar Həmidov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, rabitə sahəsində 10 ildən artıq müddətdə çalışan Sərdar Həmidov dünən 53 yaşını qeyd edib. O, ailəli idi və iki övladı var.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!