Dünən Azərbaycanda 3 nəfər özünü asıb

saytların hazırlanması

Evə çatdırılma

Dünən Azərbaycanda 3 nəfər özünü asıb

Kriminal

31 İyul 2019 07:03 3099


Ötən gün Azərbaycanda 3 nəfər intihar edərək öz həyatına son qoyub, iki nəfər isə intihara cəhd edib.

“Yeni Sabah” xəbər agentliklərinin yaydıqları məlumatlara istinadən bildirir ki, Zaqatala rayonunda 17 yaşlı qız özünü asaraq intihar edib. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Şəkidə isə 20 yaşlı gənc oğlan özünü asıb. 1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.  Dördpendirli pizza

Digər özünü asma faktı həbsxanada baş verib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində 42 yaşlı Nadir Nuriyev özünü kameranın nəfəsliyindən parça ilə asaraq intihar edib.

Ötən gün intihar etmək istəyən iki nəfər isə xilas olunub. Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd ediblər. Lakin FHN əməkdaşları onları bu fikirdən daşındıra biliblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!