“Dünən dedi ki...” -   Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

“Dünən dedi ki...” - Şagirdin müəllimi güllələdiyi yerdən REPORTAJ

Hadisə

06 Fevral 2026 12:03 9940


Hazırda “İdrak” liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar.

“Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır.

Şagirdlər evə göndərilib. pizza hut

İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər.

Şagirdlərdən biri isə deyib ki, Ə.Ş. hadisəni əvvəlcədən planlaşdırmışdı.

“Dünən liseydə dedi ki, hadisə olacaq. Bu gün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi”, - həmin şagird bildirib.

Övladı “İdrak”da təhsil alan valideyn Aqşin Abdullayev isə deyib ki, uşaqlarının durumuna görə narahatdırlar.

“Xəbər tutan kimi bura gəldim. Məktəbə girərkən ümumi yoxlama var, amma dəmir yoxlayan aparat yoxdur”, - o söyləyib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. 

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Yaralı müəllim xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!