Dünən həbsdən azad olmuşdu, bu gün yenə tutuldu – Azərbaycanda ŞOK

saytların hazırlanması

Evə çatdırılma

Dünən həbsdən azad olmuşdu, bu gün yenə tutuldu – Azərbaycanda ŞOK

Hadisə

31 Oktyabr 2025 14:11 4344


Ağcabədidə polisin qanuni tələbinə əməl etməyən şəxs həbs edilib.

Lent.az xəbər verir ki, rayon sakini Vəli Məmmədov (ad və soyad şərtidir) inzibati həbsdən çıxandan sonra küçədə nalayiq ifadələr işlədib. Polis əməkdaşları onu intizamlı çağırsalar da, buna məhəl qoymayıb. Polis şöbəsinə aparılanda Vəli Məmmədov qardaşının ondan şikayət etdiyini bilib. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşanda o, ancaq içkili olduğunu bildirib.

Lakin analizin nəticəsi zamanı məlum olub ki, şəxs narkotik vasitə olan marixuana istifadə edib. Sezar pizza

Həmçinin məhkəmə zamanı müəyyənləşib ki, Vəli Məmmədov barəsində polsin qanuni tələbinə əməl etmədiyi üçün oktyabrın 8-də də 20 gün müddətə inzibati qaydada həbs qərarı verilib.

Ağcabədi rayon Məhkəməsi Vəli Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 2 ay müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!