Dünən qəzaya düşən çempionumuz vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünən qəzaya düşən çempionumuz vəfat etdi

Kriminal

30 İyun 2019 13:20 1905


Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib. 

“Yeni Sabah” xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib. pizza

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında "Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!