Dünya çempionatında Azərbaycan duelindən Teymur qalib çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatında Azərbaycan duelindən Teymur qalib çıxdı

İdman

22 Sentyabr 2019 20:19 990


Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının 1/4 finalına çıxıb.

"Yeni Sabah" xəbər verir ki, 1/8 finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

Təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələnib, bundan sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. İlk iki partiyada onlardan heç biri yenə irəli çıxa bilməyib. pizza mizza

Sonuncu iki ondəqiqəlik partiyada vəziyyət dəyişib. Onlardan birincisi – Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə nəticələnib. Cavab oyununda isə Teymur Şəhriyara qalib gəlib.

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sünlə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!