“Dünya çempionluğunu xalqımıza ərməğan edirəm” - Azərbaycan minifutbol millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Dünya çempionluğunu xalqımıza ərməğan edirəm” - Azərbaycan minifutbol millisinin baş məşqçisi

Minifutbol 2025

01 İyun 2025 22:02 8593


Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Macarıstan üzərində qələbə qazanaraq dünya çempionu olmalarını şərh edib.

Yenisabah.az xəbər verir ki, mütəxəssis qazanılan qələbəyə görə Azərbaycan xalqını təbrik edib:

"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərməğan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı". Pepperoni pizza

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!