İlk dəfə Çinin Uhan əyalətində yaranan koronavirus pandemiyası dünyada 198 min 727 nəfərə yoluxub. Hazırda koronavirusdam ölənlərin sayı 7989, sağalanların sayı isə 82 779 nəfərdir. COVİD-19 virusundan təsirlənən ölkələrin sayı 167-ni ötüb.
“Yeni Sabah” xəbər verir ki, virusun yayıldığı bütün ölkələrdə qabaqlayıcı tədbirlər görülüb. Virusun ilk olaraq yayıldığı Çində yanvar ayından etibarən bir çox tədbirlər həyata keçirilib. Bütün idman yarışlarını, təhsil müəssisələrinin fəaliyyətini dayandıran ölkə artıq bir müddətdir ki, koronavirusa qalib gəlməyə başlayıb. Bu səbəbdən növbəti aydan iş yerlərinin yenidən açılacağı, idman yarışlarının bərpa ediləcəyi və bir sıra digər qadağaların aradan götürüləcəyi gözlənilir.
Qabaqlayıcı tədbirlərin görüldüyü ölkələrin əksəriyyətində vəziyyət daha qənaətbəxşdir. Portuqaliyada yoluxanların sayı 448 nəfər olsa da, ölənlərin sayı 1 nəfərdir. Ölkə prezidenti Marselu Rebelu di Sozanın qərarıyla koronavirusla əlaqədar bütün rəsmi tədbirlər təxirə salınıb. Bütün təhsil müəssilərində 9 aprelədək tətil elan olunub. pizza mizza
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görən ölkələrin başında Azərbaycan gəlir. Məlum olduğu kimi, Azərbaycan hökuməti əhalinin təhlükəsizliyini əsas götürərək, ölkənin hava və quru sərhədlərini bağlayıb. Həmçinin ölkədə fəaliyyət göstərən, ali və orta təhsil müəssisələrində, uşaq bağçalarında tətil elan olunub. Xeyir və şər mərasimlərinin məhdudlaşdırılması da bu kampaniyanın tərkib hissəsidir. Koronavirusa yoluxan insanların qısa müddətdə tam sağalaraq, evlərinə göndərilməsi diqqətçəkən ən müsbət məqamdır.
Səudiyyə Ərəbistanda koronavirus səbəbi ilə bütün məktəblərdə və universitetlərdə təhsil dayandırıldı. Ölkədə əsas xidmət göstərən müəssisələr istisna olmaqla, bütün iş yerləri hələ də bağlıdır.
Səudiyyə Ərəbistanının şərqindəki Katif şəhərində karantin elan olunub və şəhərə giriş-çıxış qadağan edilib. Katifdə koronavirus olanların bu yaxınlarda İrana səfər etdikləri və ya İran ziyarətçiləri ilə əlaqə qurduğu bildirilib. Hazıra ölkədə virusa yoluxanların sayı 171 nəfər olsa da, heç bir ölüm faktı qeydə alınmayıb.
Səmərəli qabaqlayıcı tədbirlər görən Gürcüstan, Moldova, Özbəkistan, Ukrayna və bir sıra digər ölkələrdə yoluxanların sayı 14-34 nəfər təşkil edir. Ukrayna və Özbəkistanda ölənlərin sayı 2 nəfərdir.
Dünən ilk dəfə COVİD-19 ilə əlaqədar Seattle-dəki Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri tərəfindən dörd könüllüyə peyvəndin eksperimental dozasını vurulub. Peyvənddə virusdan götürülmüş genetik kod var. Preparat insana "Covid-19" yoluxdurmur.
Ekspertlər deyirlər ki, onun və hazırlanmaqda olan digər peyvəndlərin effekti bir neçə aya məlum olacaq. Peyvənd vurulan ilk şəxs 43 yaşlı Seattle sakini Jennifer Haller-dir. Peyvəndin istehsalçısı Moderna Therapeutics şirkəti bəyan edib ki, preparat yaxşı yoxlanılmış və müsbət nəticələr vermiş proses vasitəsilə hazırlanıb.
Araşdırmaçılar ümid edirlər ki, yeni peyvənd sayəsində insan orqanizmini virusla mübarizəyə hazır vəziyyətə gətirə biləcəklər. Eksperimental peyvənd könüllülərin bədəninə fərqli dozalarda daxil edilib. 28 günlük fasiləylə hər birinin qoluna iki dəfə peyvənd vurulacaq. Ancaq təcrübə uğurla nəticələnsə belə, peyvəndin kütləvi tətbiqi 18 ay sonra baş tuta bilər.
Sabrina Eldarqızı
Telegram kanalımız