Keçmiş diktatorun oğlu Markos Filippində keçirilən seçkilərdə qalib gəlib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippində keçirilən prezident seçkilərində ölkəni 21 il idarə edən keçmiş diktator Ferdinand Markosun oğlu Ferdinand “Bongbong” Markos qalib gəlib.
Filippində 67,5 milyon seçici dünən yeni prezidenti seçmək üçün sandıq başına gedib. Yerli vaxtla saat 06:00-da başlayan səsvermə prosesi başa çatdıqdan sonra nəticələr açıqlanıb. Toyuqlu pizza
Prezident seçkilərində 21 il ölkəni idarə edən keçmiş diktator Ferdinand Markosun oğlu Ferdinand “Bongbong” Markos 58,92 faiz səslə seçkidə qalib gəlib. Markosun seçkilərdə ən yaxın rəqibi olan vitse-prezident Leni Robredo isə 28,11 faiz səslə geridə qalıb. 8 nəfərin prezidentlik uğrunda mübarizə apardığı seçkidə keçmiş boks ulduzu Menni Pakyao 6,58 faiz, Manila meri İsko Moreno 3,61 faiz, keçmiş milli polis rəisi senator Panfilo Lakson isə 1,7 faiz səs toplayıb.
Qeyd edək ki, Filippində xalq prezidentdən başqa, 24 üzvdən ibarət Senatın 12 üzvünün, Nümayəndələr Palatasının üzvlərinin, həmçinin arxipelaqdakı dövlət və yerli idarələr də daxil olmaqla 18 mindən çox məmurun seçilməsi üçün səs verib.
Nəzrin Vahid
Telegram kanalımız