Dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir

saytların hazırlanması

Evə çatdırılma

Dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir

Dünya

16 İyul 2019 08:24 1190


Ötən  il 821 milyondan çox insan aclıqdan əziyyət çəkib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bu barədə statistikanı Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlayıb.

BMT-nin hesabatına görə, artıq 3 ildir ki, aclıqdan əziyyət çəkən insanların sayında artım müşahidə olunur. Bu artıma əsasən iqlim dəyişikliyi və müharibələr səbəb olub.

Aclıqdan əziyyət çəkənlərin ən çox olduğu yer Afrikadır.

Bildirilir ki, dünyada 149 milyon uşaq aclığa görə inkişaf problemlərii yaşayır.

BMT) Dünya Ərzaq Proqramının direktoru Devid Bisli bildirib ki, 2030-cu ilədək aclıq problemini tamamilə həll etmək mümkün olmayacaq.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!