Dünyada sperma sayı sürətlə azalır.
Yenisabah.az xəbər verir ki, “Human Reproduction Update” elmi jurnalında dərc olunan məqaləyə görə, bütün dünyada kişilərin sperma sayı 50 il ərzində 2 dəfə azalıb.
Bu vəziyyətin bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olduğu qeyd olunur. Pepperoni pizza
Araşdırmada 53 ölkədən 57000-dən çox kişidən sperma nümunələri toplanıb. İlk dəfədir ki, Latın Amerikası, Asiya və Afrikada sperma azalmasının Avropa, Şimali Amerika və Avstraliyaya bərabər olduğu müşahidə edilib.
Araşdırmanı aparan professorlar azalan sperma sayının iqlim böhranı kimi qlobal böhran ola biləcəyini vurğulayıblar.
Telegram kanalımız