Dünyanın ən gənc Baş Naziri oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən gənc Baş Naziri oldu - Foto

Dünya

09 Dekabr 2019 12:06 1279


Finlandiyanın yeni Baş Naziri 34 yaşlı Sanna Marin oldu. 

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, Sosial-Demokratlar partiyasının təcili səsverməsində Nəqliyyat və kommunikasiya naziri Sanna Marin ölkənin Baş Naziri seçilib. Beləliklə, o, dünyanın ən gənc Baş Naziri olub.

Sanna Marin bu həftə andiçmə mərasimindən sonra vəzifəsini icra etməyə başlayacaq. Beləliklə də, Finlandiya tarixində ilk dəfə “Qadınlar beşliyi” tərəfindən idarə ediləcək. Çünki hazırda ölkədəki bütün digər hakim partiyaların liderləri də qadınlardır. Toyuqlu pizza

Qeyd edək ki, daha öncəki Baş nazir Antti Rinnen dekabrın 3-də vəzifəsindən gedib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!