Dünyanın ən qoca aktyoru vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən qoca aktyoru vəfat etdi

Mədəniyyət

12 May 2021 10:31 1117


Rejissor Alfred Hiçkokun "Diversant" filmində əsas cani rolunu oynamış Amerika rejissoru, prodüser və aktyor Norman Lloyd 106 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Variety” nəşri bildirib.

Nəşrin məlumatına görə, Lloyd çərşənbə axşamı Los-Ancelesdəki evində ölüb. pizza mizza

Aktyor 1942-ci ildə Hiçkokun filmində Frayya rolunu oynayaraq şöhrət qazanıb, ona həmçinin Çarli Çaplinin "Rampanın işıqları" bədii filmində rol tapşırılıb, ancaq indiki şöhrət ona 60 yaşından sonra gəlib. Norman Lloyd 1980-ci illərdə NBC telekanalının "Sent-Elsver" tibb dramında müdrik həkim rolunu yerinə yetirib. Lloydun karyerası 80 ildən çox davam edib. (Report)

“Oldest.org” saytının versiyasına görə, Lloyd dünyanın ən qoca aktyoru olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!