Dünyanın ən varlı adamının bir gündə itirdiyi pullar   - Fantastik rəqəm

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı adamının bir gündə itirdiyi pullar - Fantastik rəqəm

Dünya

25 Oktyabr 2019 22:23 1209


Dünyanın ən varlı adamı sayılan “Amazon”un rəhbəri Ceff Bezos bir sutkada bir neçə milyard dollar ziyana düşüb.

"Yeni Sabah" xarici KİV-ə istinadla bildirir ki, bu oktyabrın 24-də, şirkət 2019-cu ilin üçüncü rübünün gəlirləri barədə hesabat verəndə baş verib.

Nəticə investorları məyus edib. Hesablamalara görə, Bezosun itkisi təxminən 7 milyard dollar olub. Buna qədər Bezosun varidatı 111 milyard dollar dəyərləndirilirdi. pizza mizza

“Amazon”un yaradıcısı “Forbes”in versiyasına görə planetin varlı biznesmenlərinin reytinqinə rəhbərlik edir.

Qeyd edək ki, Bezos 2019-cu ildə həyat yoldaşından boşandığına görə 35 milyard dollar ödəyib. Ancaq bundan sonra da planetin ən imkanlı adamı kimi qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!