Dünyanın ən varlı qadını “əla oğlan“a ərə getdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı qadını “əla oğlan“a ərə getdi

Maraqlı

08 Mart 2021 09:59 729


“Amazon” şirkətinin banisi Ceff Bezosun keçmiş arvadı, planetin ən zəngin qadını Makkenzi Skott məktəb müəlliminə ərə gedib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd olunub ki, əlli yaşlı milyarder qadın Sietl Dendə Sietl-Leyksayd özəl məktəbində təbii elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə yeni ailə həyatı qurmağa qərar verib. Toy mərasimi kütləvi olmayıb. Dominos pizza

Eyni zamanda, cütlük sərvətlərinin əhəmiyyətli bir hissəsini başqalarına xidmət etmək üçün köçürməyə razı olublar. Əlbəttə, bu, Skotta aiddir, çünki onun ikinci həyat yoldaşının iri kapitalı yoxdur.

“Daily Mail” isə qeyd edir ki, Bezos özü keçmiş arvadının nikahı haqqında xəbərə sevinib və Cuetti "əla oğlan" adlandırıb. (Report)

Qeyd edək ki, Makkenzi Skottun sərvəti 68 milyard ABŞ dollarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!