Dünyanın ən yaşlı qadını Türkmənistanda yaşayır   -  67 nəticəsi, 32 kötücəsi var

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən yaşlı qadını Türkmənistanda yaşayır -  67 nəticəsi, 32 kötücəsi var

Maraqlı

26 Oktyabr 2020 11:40 895


Türkmənistanın Marı vilayətinin sakini Ajapsoltan Hacıyeva bu il 120 yaşını qeyd edib.

Yenisabah.az xəbər verir ki, “Türkmənistan” qəzetinin yazdığına görə, 1900-cü ildə anadan olan türkmən qadın dünyanın ən yaşlı insanı hesab olunur.

Ajapsoltan Hacıyeva Marı vilayətinin Babasarı yaşayış məskənində anadan olub. Gəncliyində əkinçilik, toxuculuq, mal-qaraya baxmaqla məşğul idi. Həmişə həmkəndliləri arasında çox hörməti olub. Əri Hacı erkən xəstəlikdən ölüb. pizza mizza

Oğlu Ata Hacıyevin hazırda 86 yaşında olduğu, çox aktiv həyat sürdüyü, arvadı Təzəgül ilə dinc xoşbəxt yaşadığı bildirilir.

Konkret.az yazır ki, 120 yaşlı anası Ajapsoltan sağlam həyat tərzi sürür və nəvələri ilə sağlamlıq sirlərini bölüşür. Onun fikrincə, sonsuza qədər xoşbəxt yaşamaq üçün dürüst bir həyat sürməli, fiziki əməkdən qaçmamalı və düzgün qidalanmalıdır.

Ajapsoltan “Çox gəzməlisən, nə yeyib-içdiyinə nəzarət etməlisən, ən əsası sakit bir həyat yaşamalısan” deyib.

Oğul və gəlini ona 12 nəvə verib. İndi isə 67 nəticəsi və 32 kötücəsi var.

Vikipediyaya görə, yaponiyalı Kane Tanaka dünyanın ən yaşlı insanı seçilib və Ginnesin Rekordlar Kitabına dünyanın ən uzun ömürlü insanı kimi düşüb. İndi 117 yaşındadır. Tanaka inamla deyir ki, 120 yaşına qədər yaşayacaq. Yapon qadın, keçən il 116 yaşında dünyanın ən yaşlı sakini olaraq siyahıya alınıb. Bu il də adını siyahıda saxlamağı bacarıb. Əvvəllər dünyanın ən yaşlı insanı başqa bir yapon Tio Miyako idi. 2018-ci ilin iyul ayında 117 yaşında vəfat edib. Bu gün Yaponiya dünyanın ən uzun ömürlü ölkəsi kimi tanınır. Ölkədə 100 yaşdan yuxarı xeyli insan rəsmi olaraq qeydiyyata alınıb.           

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!