Düşmən təxribat törədib - DSX məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Düşmən təxribat törədib - DSX məlumat yaydı

Hadisə

27 Mart 2020 13:03 685


27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Yenisabah.az Dövlət Sərhəd Xidmətinə istinadən bildirir ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə-lərimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!