“Düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq” - XTQ

saytların hazırlanması

Evə çatdırılma

“Düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq” - XTQ

Siyasət

30 Aprel 2022 18:40 221


"Cənab Müzəffər Ali Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və canımızdan keçməyə həmişə hazırıq".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısında deyib.

Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə Azərbaycan xüsusi təyinatlılarının xatirə bereti təqdim olunub. pizza

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!