DYP: Avtomobillərin hərəkəti çətinləşib, qəza ehtimalı artıb

saytların hazırlanması

Evə çatdırılma

DYP: Avtomobillərin hərəkəti çətinləşib, qəza ehtimalı artıb

Hadisə

03 Noyabr 2025 09:21 196


Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur. Belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, sürücülər və piyadalar belə hava şəraitində yollarda xüsusi diqqət və ehtiyatla hərəkət etməlidirlər:  pizza sifarişi

"Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli olsunlar, həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar.

Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yolu keçərkən təhlükəsizlikdən tam əmin olmalı, mümkün qədər yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır", - qurumdan bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!