DYP Bakı-Qazax yolundakı tıxacla bağlı məlumat yaydı -   Son vəziyyət belədir

saytların hazırlanması

Evə çatdırılma

DYP Bakı-Qazax yolundakı tıxacla bağlı məlumat yaydı - Son vəziyyət belədir

Hadisə

10 Noyabr 2025 17:28 576


Bakı-Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.  pizza hut

 “Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar”, - qurumdan bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!