DYP bu sürücüləri cəzalandıracaq

saytların hazırlanması

Evə çatdırılma

DYP bu sürücüləri cəzalandıracaq

Maraqlı

10 Aprel 2021 11:42 1177


Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.

DİN-in Baş DYP İdarəsindən Yenisabah.az-a verilən xəbərə görə, cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

“DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir. Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaqdır”, - deyə bildirilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!