DYP-dən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən xəbərdarlıq

Sosial

01 Fevral 2025 12:29 148


Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında yollarda görünüş məsafəsi məhdudlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıqda bildirilib.

Xəbərdarlıqda qeyd olunub ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Toyuqlu pizza

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!