Əbülfəz Bünyadov həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəz Bünyadov həbsdə qaldı

Kriminal

12 İyun 2019 13:37 2356


Bu gün Ali Məhkəmə Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

“Yeni Sabah” xəbər verir ki, işə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Ə.Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.

Lakin bu xahiş nəzərə alınmayıb.  Pepperoni pizza

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!