Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə,müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindəoğurluğu törətməkdə şübhəli bilinənBakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza
Telegram kanalımız