“Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!” - İlham Əliyev

Siyasət

22 Yanvar 2026 01:18 950


Prezident İlham Əliyev "Qarabağ"ın "Ayntraxt" üzərində qələbə qazanması münasibətilə komandanı təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, paylaşımda deyilir:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Sezar pizza

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!