ƏDV-nin qaytarılması prosesi bu tarixdən başlayacaq -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

ƏDV-nin qaytarılması prosesi bu tarixdən başlayacaq - RƏSMİ

İqtisadiyyat

16 Yanvar 2020 10:18 1336


2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi pərakəndə satış müəssisələrində POS-terminalların işlədilməməsinə də münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, nazir belə hallarda qanunvericiliyə uyğun olaraq məsuliyyət nəzərdə tutulduğunu deyib:

"Artıq yeni nəsil kassa aparatlaları quraşdırılır. Bu proses bitəndən sonra ƏDV-nin qaytarılması prosesi başlayacaq". Dördpendirli pizza

Öz növbəsində vergilər nazirinin müavini İlkin Vəliyev isə bildirib ki, ƏDV-nin qaytarılması prosesinin texniki şərtləri hazırdır:

"Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Bu ilin fevralından ƏDV-nin qaytarılması qanunu təsdiq olunacaq. 1 fevral tarixində bu qərar işə düşəcək".

Onun sözlərinə görə, 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!