Əfqanıstanda 1 milyon uşaq aclıqdan ölə bilər

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda 1 milyon uşaq aclıqdan ölə bilər

Dünya

13 Noyabr 2021 09:14 595


Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib.

M.Harris beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb: Dördpendirli pizza

“Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib".

ÜST rəsmisi, həmçinin Əfqanıstanda qızılca xəstəliyinin artmasına diqqət çəkərək, qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün bunun çox təhlükəli olduğunu vurğulayıb.

Qeyd edilir ki, bu il Əfqanıstanda qızılcadan 87 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!