Əfqanıstanda daha bir qəribə qadağa - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda daha bir qəribə qadağa - Fotolar

Dünya

14 Fevral 2024 01:35 810


Əfqanıstanın paytaxtı Kabildə reklam üçün istifadə edilən manekenlərin baş hissəsinin bağlanılması sosial şəbəkələrdə gülüş doğurub.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, paylaşıma şərh yazan internet istifadəçiləri gördüklərini “Taliban”ın qadağaları ilə izah ediblər.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra manekenləri İslamda qadağan olunmuş bütlərlə eyniləşdirib və onların başlarının kəsilməsini və yaxud gizlədilməsini əmr edib. pizza

Xatırladaq ki, Əfqanıstanda qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!